Xarici dövlət borcu 8 %-ə yaxın azaldı
Bu il aprelin 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 689,3 milyon ABŞ dolları təşkil edib.
TodayPress TV bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrünə nisbətən 7,5 % azdır.
Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) enib.