Azərbaycanda alça bağlarında xəstəlik yayıldı- VİDEO
Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz.
TodayPress TV xəbər verir ki, bu barədə "AzTV"nin videomaterialında bildirilib.
Fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər:
"Bu il məhsuldarlıq çox zəif olub. Buna səbəb soyuq hava və yağışlardır. Alça mayalanmadı, arı olmadı. Bunların hamısı mayalanmaya təsir göstərdi".