Azərbaycan qızılı göz qamaşdırır - GƏLİR DİNAMİKASI...
Bu ilin yanvar-mart aylarında "AzerGold" QSC 51,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
TodayPress TV bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın aprel buraxılışına istinadən xəbər verir.
Bu, 2025-ci ilin 3 ayı ilə müqayisədə 9,9 milyon ABŞ dolları və ya 23,6 % çoxdur.
Ötən 3 ayda Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracı əvvəlki ilin eyni dövrünə nisbətən 11,7 % artaraq 862 milyon ABŞ dolları təşkil edib.