Məşhur illüzionist məxfiliyi ləğv edilmiş UNO sənədlərini şərh etdi

Məşhur illüzionist məxfiliyi ləğv edilmiş UNO sənədlərini şərh etdi
15.05.2026 03:00

İsrailəsilli məşhur illüzionist Uri Geller ABŞ Hərb Nazirliyinin UNO-lar (uçan naməlum obyekt) barədə arxivdən çıxardığı sənədləri şərh edib. O, sözügedən genişmiqyaslı məlumatların insanlığın oyanması üçün bir vasitə olduğunu vurğulayıb.

TodayPress TV məlumat verir ki, tanınmış şoumen bu barədə "X" sosial media platformasında fikirlərini bölüşüb.

Qaşıqları zehin gücü ilə əyməsi ilə məşhurlaşan 79 yaşlı Geller mayın 8-də ABŞ Hərb Nazirliyinin rəsmi saytında sənədlərin yayımlanmasını "bəşəriyyətin oyanışı" kimi qiymətləndirir. Ekstrasensin fikrincə, əsas tapmaca yadplanetli varlıqların və ya onların texnologiyalarının mövcudluğu ilə yox, məhz insan beyni ilə bağlıdır.

"Neçə onilliklər ərzində dövlətlər UNO-ların varlığını təkzib ediblər. Görüntüləri qeydə alan pilotlar və şahidlər məsxərəyə qoyulublar. Sübutlar ört-basdır edilib. İndi isə qəfildən geri çəkilərək hər şeyin gerçək olduğunu boyunlarına almaq qərarına gəliblər?" - deyə məşhur illüzionist qeyd edib.

Geller bu məxfi materialların açıqlanmasının ali bir qüvvənin təzyiqi nəticəsində reallaşdığına da diqqət çəkib.

"Bəlkə də bu dərrakəli varlıqlar digər planetlərdən gələn adi "ziyarətçilər" deyil, insanlığın həm psixoloji, həm də mənəvi baxımdan təkamülünə təsir göstərən katalizatorlardır?" - deyə o əlavə edib.

Şoumen inanır ki, insanlığın malik olduğu kosmik potensialdan ehtiyat edildiyi üçün sözügedən sənədlər çox uzun müddət gizli saxlanılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости