XRİTDX: Ünvanlı yardım verilməsinə dair saxta məlumatlar yayılır

XRİTDX: Ünvanlı yardım verilməsinə dair saxta məlumatlar yayılır
14.01.2026 16:32 ИКТ

Son günlərdə sosial şəbəkələr və messengerlər vasitəsilə əhali arasında dövlət tərəfindən ünvanlı sosial yardımların verilməsi ilə bağlı dezinformasiya yayılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.

Bildirilir ki, xüsusilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə məxsus "myGov" portalının adından istifadə olunmaqla saxtalaşdırılmış saytlar yaradılaraq vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi hədəflənir. Sözügedən saxta saytlar vasitəsilə kimlik məlumatlarının, istifadəçi hesablarının və bank kartları kimi mühüm məlumatların ələ keçirilməsinə cəhd edilir.

XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi bu kimi saxta domenlərin bir neçəsini müəyyən edərək müvafiq qurumlarla birgə ölkə üzrə bloklanmasını təmin edib. Eyni zamanda, həmin saxta domenlər Mərkəzin "Blacklist.gov.az" - vətəndaşların saxta domenlərdən qorunması platforması vasitəsilə də ictimaiyyətə təqdim olunub.

Dövlət Xidməti vətəndaşlara saxta domenlər aşkar etdikdə bu barədə məlumatı Blacklist.gov.az platformasına əlavə etmələrini, saxta saytlardan qorunmaq məqsədilə öz brauzerlərində platformanın müvafiq genişlənməsindən istifadə etmələrini, eləcə də şübhəli sayt və keçidlərə qarşı diqqətli olmalarını tövsiyə edir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости