Samsung Galaxy S26 seriyasının təqdimat tarixi açıqlandı
Yeni "Galaxy S26" modelləri təqdim olunacaq.
TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Samsung Galaxy S26 seriyalı smartfonların təqdimat tarixi açıqlanıb.
Samsung flaqman Galaxy S seriyasının ənənəvi yanvar təqdimatından imtina edərək fevral ayına keçəcək.
Belə ki, yeni "Galaxy S26" modelləri 25 fevral tarixində təqdim olunacaq
Məlumata görə, təqdimatın gecikməsi Samsung-un məhsul strategiyasında etdiyi dəyişikliklərlə bağlıdır. Şirkət ultra nazik Galaxy S26 Edge modelindən imtina edib və Galaxy S26+ modelini yenidən seriyaya daxil edib. Bu da hazırlıq prosesini uzadıb.
Galaxy S26 seriyası üç modeldən ibarət olacaq: Galaxy S26, Galaxy S26+ və Galaxy S26 Ultra. Galaxy S26 və S26+ modellərində Exynos 2600 prosessoru, Galaxy S26 Ultra-da isə Snapdragon 8 Elite Gen 5 çipi istifadə olunacaq.
Digər insayder Ice Universe isə bildirib ki, Samsung həm Galaxy S26 seriyasında, həm də bu yay təqdim olunması gözlənilən Galaxy Z Fold8 və Galaxy Z Flip8 modellərində qiymət artımı etməyi planlaşdırmır.
Jalə Rövşən