Rəşad Nəbiyev ABŞ-də "bulud" infrastrukturunun inkişafı məsələsini müzakirə etdi
Azərbaycan və "Amazon Web Services" şirkəti arasında "bulud" infrastrukturunun inkişafı müzakirə edilib.
TodayPress TV xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"ABŞ-yə səfər çərçivəsində "Amazon Web Services" (AWS) şirkətinin ümumdünya dövlət sektorunda texnologiyalar üzrə vitse-prezidenti Dominik Delmolino ilə görüşdük, dövlət xidmətlərində rəqəmsal transformasiya, kibertəhlükəsizlik imkanlarının gücləndirilməsi və innovasiya ekosisteminin genişləndirilməsi üzrə əməkdaşlıq sahələri ətrafında da fikir mübadiləsi apardıq", - deyə o əlavə edib.