Hakerlər saxta "Windows" ilə şəxsi məlumatları ələ keçirə bilərlər
Hakerlər "Windows Update" xidmətinə bənzər saxta saytlar hazırlayaraq məlumatları oğurlaya bilərlər.
TodayPress TV xəbər verir ki, istifadəçi belə linkə klikləyəndə, rəsmi yeniləməyə oxşayan səhifə açılır və ekranda müxtəlif xəbərdarlıqlar, taymerlər və “tələb olunan hərəkətlər” göstərilir.
Əslində isə bu addımlar zərərli proqramın işə düşməsinə səbəb olur. Mütəxəssislərin sözlərinə görə, istifadəçi yazılanları etdikdə hakerlər kompüterə giriş əldə edir, şəxsi məlumatları oğurlayırlar.
Məlumata görə, bu üsul müxtəlif fişinq ssenarilərinə asanlıqla uyğunlaşdırılır.
Qeyd edilir ki,hər hansı proses yalnız mənbənin etibarlılığı yoxlanıldıqdan sonra işə salınmalıdır.
Türkan İsgəndərli