U-17 Avropa çempionatı: İki güləşçimiz gümüş medal qazandı
Azərbaycanın yunan-Roma güləşçiləri Bolqarıstanın Samokov şəhərində keçirilən U-17 Avropa çempionatının final görüşlərinə çıxıblar.
TodayPress TV xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan Ömər Salmanov həlledici qarşılaşmada rusiyalı Artyom Tkaçenko ilə üz-üzə gəlib.
Salmanov finalda rusiyalı Artyom Tkaçenkoya 1:5 hesabıyla məğlub olub və U17 Avropa çempionatında gümüş medal qazanıb.
Qurban Məcnunov da (55 kq) finalda rusiyalı Edem Payziyevə 1:2 hesabıyla məğlub olub və U17 Avropa çempionatında gümüş medal qazanıb.