U-17 Avropa çempionatı: Əli Cavadlıdan möhtəşəm qələbə
Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvü Əli Cavadlı (45 kq) Bolqarıstanın Samakov şəhərində keçirilən Avropa çempionatının finalında rusiyalı Umar Boqatıryovla qarşılaşıb.
TodayPress TV xəbər verir ki, Ə. Cavadlı rəqibinə tam üstünlüklə (9:1) qalib gələrək U17 Avropa çempionu olub.
Digər güləşçiiz Hüseyn Mustafazadə (51 kq) gürcüstanlı Davit Şavadzeyə tam üstünlüklə (9:1) qalib gələrək U17 Avropa çempionatında bürünc medal qazanıb.