Türkiyə nəhəngi UEFA qaydalarını pozdu
Fənərbağça klubu UEFA tərəfindən sanksiya ilə üzləşib.
TodayPress TV xəbər verir ki, “sarı-lacivərdlilər” portuqaliyalı baş məşqçi Joze Mourinyonun məvacibi və Kerem Aktürkoğlu ilə bağlı UEFA ilə aparılan müzakirələrdən sonra büdcəyə daxil edilən vəsait səbəbindən xərcləmə limitini aşıb.
Tanınmış idman insayderi Yağız Sabuncuoğlunun məlumatına görə, UEFA İstanbul təmsilçisinə 10 milyon avro məbləğində cərimə tətbiq edəcək.
Namiq HUN