“Qarabağ” heyətini daha bir legionerlə gücləndirə bilər

“Qarabağ” heyətini daha bir legionerlə gücləndirə bilər
26.05.2026 11:08 Спорт

Aktiv transfer çalışmaları ilə diqqət çəkən “Qarabağ” klubu bu dəfə Babikanı hədəfə alıb. 

TodayPress TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, “köhlən atlar” “Srvena Zvezda” klubunda top qovan Şavi Babikanı heyətə qatmaq istəyir. 

Serblərin heyətində möhkəmlənə bilməyən futbolçu son mövsümü Türkiyənin “Fatih Karagümrük” klubunda keçirib. 

“Srvena Zvezda” ilə 2028-ci ilə qədər müqaviləsi olan hücumçu klubundan ayrılmağı planlaşdırır.

Qeyd edək ki, Ağdam təmsilçisi artıq iki transferi həyata keçirib. “Qarabağ” daha əvvəl “Omoniya”dan Jali Muaddibi, “Yurqorden”dən isə Zakaria Savon ilə anlaşıb. 

Namiq HUN

TodayPress TV