“Niyə gedim?” - Mbappedən diqqətçəkən açıqlama
“Real Madrid”in hücumçusu Kilian Mbappe klubdan mümkün ayrılığı ilə bağlı yayılan iddialara münasibət bildirib.
TodayPress TV xəbər verir ki, bu barda “Marca” nəşri məlumat yayıb.
Fransalı futbolçu Madrid təmsilçisində özünü xoşbəxt hiss etdiyini vurğulayıb.
“Madriddə özümü çox yaxşı hiss edirəm. Niyə gedim ki?” - deyə Mbappe bildirib.
Qeyd edək ki, hücumçu 2024-cü ilin yayında “Real Madrid” klubuna keçib. Onun “kral klubu” ilə müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Mbappe cari mövsümdə bütün turnirlərdə 42 oyunda iştirak edib, 41 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN