Hakimi təhqir edən futbolçu ağır cəzalandırıldı!

Hakimi təhqir edən futbolçu ağır cəzalandırıldı!
14.05.2026 15:54 Спорт

AFFA İntizam Komitəsi “Qəbələ” klubu ilə bağlı qərar qəbul edib.

TodayPress TV xəbər verir ki, cəza Azərbaycan Premyer Liqasının XXXI turunda keçirilən “Qəbələ” – “Qarabağ” matçında yaşanan hadisələrlə bağlı tətbiq olunub.

Meydan sahiblərinin futbolçusu Asif Məmmədov hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Bu səbəbdən futbolçu 4 oyunluq diskvalifikasiya edilib, klub isə 10 min manat məbləğində cərimələnib.

Bundan əlavə, meydana kənar şəxslərin daxil olmasına görə “Qəbələ”yə daha 2500 manat, tribunadan kənar əşya atıldığı üçün isə əlavə 2000 manat cərimə tətbiq olunub.

Namiq HUN

TodayPress TV