Gürcü mütəxəssisin “Qəbələ” macərası başa çatır

Gürcü mütəxəssisin “Qəbələ” macərası başa çatır
16.05.2026 14:09 Спорт

“Qəbələ” klubu mövsümün sonunda baş məşqçi Kaxaber Tsxadadze ilə yollarını ayırmağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə “sport24.az” məlumat yayıb.

Mənbənin iddiasına görə, klub rəhbərliyi gürcüstanlı mütəxəssisin fəaliyyətindən narazıdır. Bu səbəbdən mövsümün yekun nəticəsindən asılı olmayaraq, “qırmızı-qaralar”ın Tsxadadze ilə əməkdaşlığı dayandıracağı bildirilir.

Qeyd edək ki, Kaxaber Tsxadadze 2024-cü ildən etibarən “Qəbələ”ni çalışdırır.

Namiq HUN