Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi bəlli oldu

Dövlət qurumları arasında IV minifutbol turnirinin qalibi bəlli oldu
07.05.2026 20:36 Спорт

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında IV minifutbol turnirinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, Tennis Akademiyasında təşkil olunan final qarşılaşmasında SOCAR və “Azərişığ”ın komandaları üz-üzə gəliblər. 5:0 hesablı qələbə qazanan SOCAR turnirin qalibi olub.

Daha əvvəl üçüncü yer uğrunda görüşdə Ədliyyə Nazirliyinin komandası Baş Prokurorluğun komandasına 2:1 hesabı ilə qalib gələrək bürünc medala sahib çıxıb.

Qeyd edək ki, turnir Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости