“Bayquşlar” Puxaçı heyətdə saxlamağa nail oldu!
“Sabah” klubu müdafiəçisi Timoteuş Puxaçın transfer hüquqlarını alıb.
TodayPress TV “Sabah” klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, keçidlə bağlı Almaniyanın “Holştayn Kil” klubu ilə danışıqlar uğurla başa çatıb.
“Bayquşlar” 27 yaşlı polşalı futbolçu ilə 3 illik müqavilə bağlayıblar.
Qeyd edək ki, Timoteuş Puxaç ötən ilin sentyabrından “Sabah”da çıxış edir. O, cari mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 33 oyunda 2 qol vurub və 12 məhsuldar ötürmə edib.
Namiq HUN