“Bavariya” Bundesliqanın qiymət reytinqinə damğa vurdu

“Bavariya” Bundesliqanın qiymət reytinqinə damğa vurdu
27.05.2026 16:05 Спорт

“Bavariya” klubunun yeddi futbolçusu Bundesliqanın ən bahalı oyunçuları sırasında ilk “10-luq”da yer alıb.

TodayPress TV xəbər verir ki, transfer dəyərləri üzrə ixtisaslaşmış “Transfermarkt” portalı 2025/2026-cı illər mövsümünün ardından Almaniya Bundesliqası üzrə yenilənmiş qiymətləndirməni açıqlayıb.

Siyahının ilk pilləsində münhenlilərin vingeri Maykl Olise qərarlaşıb. Onun transfer dəyəri 150 milyon avro olaraq göstərilib.

İkinci yerdə komanda yoldaşı Camal Musiala (100 milyon avro), üçüncü sırada isə Yan Diomand (90 milyon avro) yer alıb.

Bundesliqanın ən bahalı futbolçularının ilk “10-luğ”u:

1. Maykl Olise (“Bavariya”) - 150 milyon avro 

2. Camal Musiala (“Bavariya”) - 100 milyon avro 

3. Yan Diomand (“RB Leypsiq”) - 90 milyon avro 

4. Aleksandar Pavloviç (“Bavariya”) - 90 milyon avro 

5. Deotşankyul Yupamekano (“Bavariya”) - 70 milyon avro 

6. Luis Dias (“Bavariya”) - 70 milyon avro 

7. Lennart Karl (“Bavariya”) - 60 milyon avro 

8. Luka Vuşkoviç (“Hamburq”) - 60 milyon avro 

9. Harri Keyn (“Bavariya”) - 60 milyon avro 

10. Niko Şlotterbek (“Borussiya Dortmund”) - 55 milyon avro

Namiq HUN

TodayPress TV