Azərbaycan komandası Xorvatiyada möhtəşəm nəticəyə imza atdı
Güllə atıcılığı üzrə Azərbaycan komandası beynəlxalq arenada növbəti uğuruna imza atıb.
TodayPress TV xəbər verir ki, Xorvatiya keçirilən Avropa çempionatında qadın güllə atıcılarından ibarət komandamız 25 metr məsafəyə atəş açmaqda bürünc medal qazanaraq ölkəmizi növbəti dəfə uğurla təmsil edib.
Millimizin heyətində yer alan Nigar Nəsirova, Zeynəb Sultanova və Xana Əliyeva standart tapança yarışında yüksək dəqiqlik, peşəkarlıq və əzmkarlıq nümayiş etdirərək Osiyek turnirində fəxri kürsüyə yüksəliblər.
Namiq HUN