Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatında çıxış edəcəklər
Azərbaycan cüdoçuları mayın 16-dan 17-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçiriləcək kata üzrə Avropa çempionatında çıxış edəcəklər.
Azərbaycan Cüdo Federasiyasından TodayPress TV-yə verilən məlumata görə, qitə yarışında kata üzrə son ölkə birinciliyinin qalibləri Famil Əsədov (tori) və Yusif Əhmədov (uke) ölkəmizi təmsil edəcəklər.
Cüdoçular gənclər arasında "nage-no-kata" proqramı üzrə bacarıqlarını nümayiş etdirəcəklər.
Qeyd edək ki, beynəlxalq turnirdə 26 ölkədən 346 idmançı mübarizə aparacaq.