“Arsenal”dan tarixi nailiyyət: 55 illik rekord yeniləndi
“Arsenal” bir mövsümdə qələbə sayına görə klub tarixinin rekordunu yeniləyib.
TodayPress TV xəbər verir ki, London təmsilçisi İngiltərə Premyer Liqasının XXXVI turunda “Vest Hem Yunayted” üzərində 1:0 hesablı qələbə qazanıb.
Bu nəticə ilə “Arsenal” 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla 42-ci qələbəsini əldə edib.
Beləliklə, komanda klub tarixinin ən yaxşı göstəricisini rəsmiləşdirib. Əvvəlki rekord 1970/1971 mövsümünə aid idi. Həmin vaxt “Arsenal” mövsümü 41 qələbə ilə başa vurmuşdu.
Hazırda London təmsilçisi 79 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyici “Mançester Siti”nin aktivində 74 xal var və komandanın ehtiyatda bir oyunu qalır.
Namiq HUN