Müdafiə Nazirliyinin mütəxəssisləri NATO təliminin mərhələləri barədə məlumatlandırıldı

Müdafiə Nazirliyinin mütəxəssisləri NATO təliminin mərhələləri barədə məlumatlandırıldı
19.02.2026 13:12 АРМИЯ

Bakıda təşkil olunan "Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü – 2026" təlim kursu çərçivəsində Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev və nazirliyin mütəxəssisləri NATO-nun mobil təlim qrupunun heyəti ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə mobil təlim qrupunun ekspertləri NATO və təlim kursunun mərhələləri haqqında məlumat veriblər.

Görüşdə peşəkarları bir araya gətirən təlim kursunun çoxmillətli qərargahlarda birgə planlama qabiliyyətinin artırılmasına, bilik və təcrübə mübadiləsinə, eləcə də ortaq dəyərlərin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb.

Təlim kursunda aparılan müzakirələrin və keçirilən məşğələlərin böyük əhəmiyyətə malik olması, həmçinin müasir və sürətlə dəyişən təhlükəsizlik mühitində uzlaşmanın və qarşılıqlı əməkdaşlığın vacibliyi iştirakçıların diqqətinə çatdırılıb.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости