Ehtiyat zabit hazırlığı kursunun növbəti buraxılışı keçirildi

Ehtiyat zabit hazırlığı kursunun növbəti buraxılışı keçirildi
11.11.2025 13:25 АРМИЯ

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Ehtiyat zabit hazırlığı kursu”nun daha bir buraxılış mərasimi baş tutub.

TodayPress TV xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına görə, mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olmuş hərbi qulluqçuların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Təlim və Tədris Mərkəzinin rəisi polkovnik Nizami Mövlanov gənc zabitləri “leytenant” hərbi rütbəsi almaları münasibətilə təbrik edib və onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Məzunlara sertifikatlar təqdim olunub. Kurs birincisi leytenant Rahidə Şahverdiyeva mərasimdə ənənəyə uyğun olaraq yaş kötüyünə rəmzi emblem vurub.

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin çıxışı ilə başa çatıb.

TodayPress TV



ФОТО

Ehtiyat zabit hazırlığı kursunun növbəti buraxılışı keçirildi — 1
Ehtiyat zabit hazırlığı kursunun növbəti buraxılışı keçirildi — 2
ЛЕНТА НОВОСТЕЙ
07 июня 2026
Все новости