Azərbaycan və Belarus müdafiə nazirləri İranın PUA hücumlarını müzakirə etdi

Azərbaycan və Belarus müdafiə nazirləri İranın PUA hücumlarını müzakirə etdi
06.03.2026 18:27 АРМИЯ

Martın 6-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xreninin təşəbbüsü ilə telefon danışığı olub.

Müdafiə Nazirliyindən TodayPress TV-yə verilən xəbərə görə, tərəflər İran İslam Respublikası ərazisindən pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Naxçıvan beynəlxalq hava limanına və digər mülki infrastruktura hücum aktlarını müzakirə ediblər.

General-leytenant Viktor Xrenin Belarus Respublikasının bu tip hücumları qəti şəkildə pislədiyini diqqətə çatdıraraq ölkəmizə zəruri dəstək verməyə hazır olduqlarını diqqətə çatdırıb.

Nazirlər həmçinin, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq kəsb edən məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости