Azərbaycan və BƏƏ-nin Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirildi

Azərbaycan və BƏƏ-nin Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirildi
30.01.2026 17:55 АРМИЯ

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclası Əbu-Dabi şəhərində keçirilib. 

TodayPress TV xəbər verir ki, tədbirdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. 

Yekunda "Azərbaycan Respublikası və BƏƏ-nin Müdafiə nazirlikləri arasında keçirilmiş Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclasının Protokolu" imzalanıb. 

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости