Səməd Vurğun küçəsində yanğın baş verib - VİDEO

Səməd Vurğun küçəsində yanğın baş verib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir şəhəri, Səməd Vurğun küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən TodayPress TV-yə məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində ümumi sahəsi 50 m² olan birmərtəbəli fərdi yaşayış evinin dam örtüyündə baş vermiş yanğın genişlənməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində üçotaqlı fərdi yaşayış evinin dam örtüyü 10 m² sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.