Növbəti köç karvanı Xocavəndə yola salındı
Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.
TodayPress TV xəbər verir ki, bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.