Gəncədə üç nəfər dərmandan zəhərləndi- Ölən var

Gəncədə üç nəfər dərmandan zəhərləndi- Ölən var

Gəncə şəhərində üç nəfər dərmandan zəhərlənib.

TodayPress TV-nin məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb.

Zəhərlənən şəxslərdən biri 1958-ci təvəllüdlü Alik İsmayılov hadisə yerində vəfat edib.

Eyni zamanda 1985-ci təvəllüdlü Samir Əliyev və daha bir nəfər xəstəxanaya yerləşdirilib. Hazırda onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

TodayPress TV