Ağdamda mağazada satıcıya xəsarət yetirildi
Ağdamda mağazada satıcı xəsarət alıb.
TodayPress TV xəbər verir ki, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, qəsəbə ərazisində yerləşən ətriyyat mağazasında satıcı işləyən qadına kəsici alətlə xəsarət yetirilib.
O, Ağdam mərkəzi rayon xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Ş.Bayramov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.