Fəxrəddin Manafov Rasim Balayev haqda: "Deyirdi ki, mən kənd adamıyam” - VİDEO
“Yaşa dolduqca görürsən ki, ətrafın daralır. Fuad Poladov getdi, əzizim, qardaşım Rasim Balayev də getdi...”.
TodayPress TV xəbər verir ki, bunu Xalq artisti Fəxrəddin Manafov Xalq artisti Rasim Balayevin vida mərasimində deyib.
“Tanrının öz qanunları var, biz onları yalnız yerinə yetiririk. Rasim bizim qəlbimizdə, ruhumuzda, şüuraltımızda, mədəniyyətimizin qızıl səhifələrində, kitablarında qalacaq. Rasim o qədər pak, təmiz insan idi ki…Həmişə deyirdi: “Mən kənd adamıyam”. Rasim Balayevin gedişi ilə bir əsr bitdi. Allah ona rəhmət etsin, məkanı cənnət olsun!”, - deyə o qeyd edib.
Qiymət Mahir