Ermənistanın icra nümayəndəsi: Şahin Mustafayevi evində gözləyirik, birdən gələr...
Ermənistan mediası Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin İrəvana səfəri ilə bağlı müxtəlif şəxslərlə ardıcıl müsahibələr hazırlayır.
TodayPress TV xəbər verir ki, bu çərçivədə Ş.Mustafayevin doğulduğu Cucevan kəndinin inzibati rəhbəri Hambardzum Petrosyan da yerli mediaya açıqlama verib.
Onun sözlərinə görə, Şahin Mustafayevin kəndə gəlib-gəlməyəcəyi dəqiq bilinmir və ehtimal olunur ki, o, vaxtilə yaşadığı evə baş çəkə bilər.
Petrosyan bildirib ki, Mustafayevə məxsus evlər kənddə dağıdılmayıb və kənardan qorunub saxlanılır, lakin evlərin daxili vəziyyəti barədə məlumatı yoxdur.
Aysel Mətləb