Cəmil Həsənlinin şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxıldı
Milli Şuranın sədri Cəmil Həsənli Ramiz Mehdiyevin cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində dindirilib.
TodayPress TV xəbər verir ki, Cəmil Həsənli ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, C. Həsənli dindirilmək üçün DTX-yə çağırılmışdı. O, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə şahid qismində cəlb edilib.