Bakıda yağış sularının dağıtdığı evlərin sahiblərinə ŞAD XƏBƏR

Bakıda yağış sularının dağıtdığı evlərin sahiblərinə ŞAD XƏBƏR
28.04.2026 12:54 Актуально

Sel nəticəsində zərər görərək tamamilə yararsız hala düşən fərdi yaşayış evlərinin yenidən inşası planlaşdırılır.

TodayPress TV xəbər verir ki,  Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhəri və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və sel nəticəsində dəymiş zərərin aradan qaldırılması üzrə tədbirlər planı”nda bu məsələ yer alıb.

Sərəncama əsasən, həmin evlərin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən Bakı şəhərinin Binəqədi rayonu, həmçinin Xaçmaz, Qusar, Şabran, Siyəzən, Quba və Xızı rayonlarında həyata keçiriləcək.

TodayPress TV