Bağırov polkovniki vəzifəsindən azad etdi - Bəhramovun nəvəsi təqaüdə göndərildi

Bağırov polkovniki vəzifəsindən azad etdi - Bəhramovun nəvəsi təqaüdə göndərildi
23.12.2025 16:39 Актуально

Dövlət Gömrük Komitəsi Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi vəzifəsindən azad edilib.

TodayPress TV "qaynarinfo"ya istinadən xəbər verir ki, komitənin sədri general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə gömrük polkovniki Bəhramov Tofiq Bəhmən oğlu vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsində müxtəlif vəzifələrdə çalışmış Tofiq Bəhramov 2023-cü ilin dekabr ayında Poçt və Ekspres Daşımaları Gömrük Postunun rəisi təyin olunmuşdu.

Tofiq Bəhramov əfsanəvi futbol hakimi Tofiq Bəhramovun nəvəsidir. 1993-cü ildə vəfat edən Tofiq Bəhramov 1966-cı ildə keçirilən dünya çempionatında İngiltərə və Almaniya komandaları arasındakı final oyunu zamanı verdiyi qərarla bütün dünyada tanınıb. Hazırda Bakıda yerləşən Respublika Stadionu mərhum hakimin adını daşıyır.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости