Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələdi

Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələdi
03.12.2025 11:33

Azərbaycan Mərkəzi Bankı (AMB) "İnternational" ASC və "M Bulak" MMC bank olmayan kredit təşkilatlarının (BOKT) vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.

TodayPress TV bu barədə AMB məlumat yayıb.

Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən "İnternational"ın vəzifəli şəxsi 10 min manat, 598.1.2-ci maddəsinə əsasənisə "M Bulak"ın vəzifəli şəxsi 2 min manat cərimələnib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
07 июня 2026
Все новости