Tramp İranla müharibəni BİTİRMƏK İSTƏYİR, amma...
ABŞ Prezidenti Donald Trampın İranla müharibəni bitirmək istədiyi, lakin tərəflərin qarşılıqlı siyasi güzəştə gedə bilmədiyi bildirilir.
TodayPress TV POLITICO-ya istinadən xəbər verir ki, bunu danışıqlarda iştirak edən yüksəkvəzifəli ərəb körfəzi rəsmilərindən biri deyib.
“Tramp bu müharibənin bitməsini çox istəyir. Amma iranlılar hələlik ona vəziyyətdən çıxmaq və nüfuzunu qorumaq üçün lazım olanı vermirlər. Görünür, o da anlamır ki, İranın özü də siyasi baxımdan üzünü qorumalıdır”, — deyə mənbə bildirib.
Məlumata görə, tərəflər arasında davam edən gərginliyə baxmayaraq, diplomatik kanallar üzərindən danışıqlar davam edir.
Qiymət Mahir