Tokayev: Rusiya-Qazaxıstan münasibətlərinin inkişafı müqəddəs borcdur
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Rusiya ilə münasibətlərin inkişafını iki ölkənin indiki və gələcək liderləri üçün “müqəddəs borc” adlandırıb.
TodayPress TV xəbər verir ki, Tokayev bu barədə Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi danışıqlardan sonra açıqlama verib.
Tokayev bildirib ki, Rusiya Federasiyası ilə Qazaxıstan Respublikası arasında münasibətlərin inkişafının alternativi yoxdur.
Qeyd edək ki, Putin mayın 27-də üç günlük dövlət səfəri ilə Qazaxıstana gəlib. Mayın 28-də liderlər iki xalq arasında dostluq və mehriban qonşuluğun yeddi əsas prinsipi ilə bağlı birgə bəyanat imzalayıblar.
Qiymət Mahir