Pilotsuz yük maşınları iki ölkə arasında hərəkətə keçdi!
Rusiya və Qazaxıstan arasında ilk transsərhəd pilotsuz yükdaşınması həyata keçirilib.
TodayPress TV xəbər verir ki, bunu Rusiyanın nəqliyyat nazirinin müavini Dmitri Zverev V Avrasiya İqtisadi Forumunda çıxışı zamanı açıqlayıb.
“Bu gün qazaxıstanlı həmkarlarımızla birlikdə uğurlu alınan böyük bir eksperimentin həyata keçirildiyini elan edə bilərik. Biz ilk transsərhəd pilotsuz yükdaşımını reallaşdırdıq. Söhbət boş avtomobillərdən deyil, məhz pilotsuz şəkildə yük daşınmasından gedir”, – deyə Zverev bildirib.
Qiymət Mahir