Mask: "Brüssel artıq Belçika şəhəri deyil"
Amerikalı iş adamı İlon Mask bildirib ki, Belçikanın paytaxtı artıq Brüssel şəhəri deyil.
TodayPress TV xəbər verir ki, o, özünün "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Mask öz paylaşımında "Brüsseldə demoqrafik dəyişiklik" baş verdiyi və "hər 4 uşaqdan 3-ü qeyri-avropa mənşəlidir" iddiasını sitat gətirib.
Xatırladaq ki, Mask əvvəllər miqrasiya siyasətini tənqid edərək bildirib ki, Avropa və ABŞ-də solçu siyasətçilər “dövlət yardımlarından asılı olan və sola səs verən bir elektoratı ölkəyə gətirirlər”. Onun fikrincə, bu yanaşma, hər hansı bir demokratiyanın sonuna gətirib çıxara bilər.
Aysel Mətləb