Kosmosda diqqətçəkən MİSSİYA: SpaceX... - VİDEO
"SpaceX" ABŞ kəşfiyyatı üçün nəzərdə tutulan peykləri orbitə çıxarıb.
TodayPress TV xəbər verir ki, şirkət "Falcon 9" daşıyıcı raketi vasitəsilə ABŞ Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsinin sifarişi ilə peyklərin buraxılışını həyata keçirib.
"NROL-172" missiyasının startı Vandenberq Hərbi Bazasından verilib.
Buraxılışdan sonra “Falcon 9” raketinin birinci pilləsi uğurla Yerə qayıdaraq eniş edib. Bu, həmin gücləndiricinin artıq doqquzuncu istifadəsi olub.
Məlumata görə, bu missiya 2026-cı ildə ABŞ kəşfiyyatı üçün "SpaceX" tərəfindən həyata keçirilən ikinci kosmik uçuşdur. Peyklərin texniki xüsusiyyətləri və təyinatı barədə əlavə məlumat açıqlanmayıb.
Nicat Osmanlı