İsrail Livanın 6 şəhər və kəndinə təxliyə ilə bağlı XƏBƏRDARLIQ ETDİ
Livanın cənubundakı altı şəhər və kənd üçün təxliyə xəbərdarlığı paylaşılıb, yaxın vaxtlarda hücumların olacağını bildirilib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü paylaşım edib.
"Hizbullah"ın atəşkəs razılaşmasını pozması səbəbindən ordu ona qarşı güclü şəkildə hərəkətə keçmək məcburiyyətində qalıb", - deyə sözçü bəyan edib.
Sosial şəbəkədəki paylaşımda Livanın cənubundakı Habbuş, Kafr Kila, Səhmər, Ayn Qana, Nəbatih əl-Tahta və Kafr Reman bələdiyyələri və şəhərləri hədəf göstərilib.
Aysel Mətləb