İran XİN: Nüvə iddiaları “əsassız ehtimallardır”
Media orqanlarında nüvə məsələləri, o cümlədən zənginləşdirilmiş materiallar və uranın zənginləşdirilməsi ilə bağlı irəli sürülən iddialar sadəcə ehtimallardır və heç bir etibarlı əsas daşımır.
TodayPress TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat verib.
O əlavə edib ki, danışıqlarla bağlı dəqiq məlumat yalnız səlahiyyətli rəsmi şəxslər və danışıqlar heyətinin sözçüsü tərəfindən verilə bilər.