Hörmüzdə YENİ İNSİDENT: Tanker saxlanıldı

Hörmüzdə YENİ İNSİDENT: Tanker saxlanıldı
08.05.2026 14:30 В мире

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı bölgəsində “Ocean Koi” adlı neft tankerini ələ keçirib.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, Barbados bayrağı altında üzən tanker “qaçaqmalçılıq” və ya “icazəsiz hərəkət” ittihamı ilə saxlanılıb.

Qeyd olunur ki, bu hadisə son həftələrdə regionda artan gərginlik fonunda İran İnqilab Keşikçiləri Korpusu tərəfindən xarici tankerlərə qarşı həyata keçirilən növbəti əməliyyat kimi qiymətləndirilir.

Nicat Osmanlı

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
06 июня 2026
Все новости