Fransada Yeni il gecəsi 1173 avtomobil yandırıldı
Fransada Yeni il gecəsi ölkə üzrə yandırılan avtomobillərin sayı 1173-ə çatıb. Bu göstərici ötən illə müqayisədə ciddi artım deməkdir.
TodayPress TV xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin rəsmi saytında dərc olunan açıqlamada bildirilir ki, ötən il Yeni il gecəsi 984 avtomobil yandırılmışdı.
Qiymət Mahir