Prezident və birinci xanım Şəhidlər xiyabanını ziyarət etdilər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vətən müharibəsində qazanılan Qələbənin beşinci ildönümü münasibətilə Şəhidlər xiyabanını ziyarət ediblər.
TodayPress TV xəbər verir ki, dövlət başçısı və birinci xanım Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.
Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Daha sonra Prezident və birinci xanım Vətən müharibəsi Zəfərinə həsr olunmuş hərbi parad üçün hazırlanan Bakı panoramasını seyr ediblər.