DTX-nin əməkdaşları "Heydər zirvəsi"nə yürüş təşkil etdi
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) bir qrup əməkdaşı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən "Heydər zirvəsi"nə ənənəvi yürüş təşkil olunub.
Bu barədə TodayPress TV-yə DTX-dən məlumat verilib.
Bİldirilib ki, mürəkkəb relyef və sərt iqlim şəraitinə baxmayaraq, yürüş iştirakçıları təyin olunmuş vaxtda "Heydər zirvəsi"nə qalxıb, Ümummilli Liderin barelyefi önündə dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad ediblər.