Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat

Vüsal Aslanov üçün onlar “ikinci növ” insandır? - Deputat
15.05.2026 16:55 Общество

Mən bu çıxışdan belə başa düşdüm ki, Bakı Metropoliteninin rəisi Bakıxanovda, Binəqədidə yaşayan insanlara ikinci növ vətəndaş kimi baxır və düşünür ki, onlar şəhərə əziyyətlə gəlməlidirlər. Çünki şəhərin mərkəzi daha çox elit məkandır və bu məkana ikinci növ vətəndaşlar rahatlıqla çatmamalıdır.

TodayPress TV xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Fazil Mustafa Bakı Metropoliteninin rəisi Vüsal Aslanovun Bakıxanov, Binəqədi, Yeni Yasamal ərazisinə metronun çəkiləcəyi halda orada yaşayan insanların şəhərin mərkəzinə axışacağı və sıxlıq yaradacağı haqda sözlərini şərh edərkən deyib.

F.Mustafa millət vəkili seçildiyi Bakıxanov qəsəbəsi sakinlərinin şəhərin mərkəzinə çətinliklə getdiklərini xatırladıb və metropoliten rəisinin bu cür yanaşmasının absurd olduğunu vurğulayıb:

“Metro tikintisi bu cür düşüncə ilə aparılacaqsa, bizi böyük bir xəyal qırıqlığı gözləyir. Metro rəhbərliyində dəyişiklik olandan sonra gözləyirdim ki, birinci müjdə Bakıxanova metro çəkilməsi olar. Çünki bu qəsəbədə 200 min əhali yaşayır. Bu insanlar şəhər və şəhərətrafı ərazilərə əziyyətlə, əzabla hərəkət edirlər.

Deməli, kimsə onların şəhərə əzabla gəlməyini vacib sayır. Bu isə artıq vətəndaşa xidmət deyil”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости