Tanınmış şair 94 yaşında vəfat etdi

Tanınmış şair 94 yaşında vəfat etdi
14.05.2026 13:52 Общество

Əməkdar incəsənət xadimi, şair, dramaturq Yusif Həsənbəy vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat yayıb.

O bildirib ki, 94 yaşlı Yusif Həsənbəy uzun sürən xəstəlikdən vəfat edib.

Qeyd edək ki, Yusif Həsənbəy 1932-ci il dekabrın 26-da Quba şəhərində anadan olub. O 1994-cü ildən Azərbaycan Yazıçılar Birliyinin Quba zona şöbəsinin sədri olub.

TodayPress TV