Qurban bayramı namazının vaxtı açıqlandı

Qurban bayramı namazının vaxtı açıqlandı
15.05.2026 20:07 Общество

Qurban bayramı Azərbaycan ərazisində Zilhiccə ayının 10-u, mayın 27-nə təsadüf edir.

TodayPress TV bildirir ki, bu barədə Trend-ə ilahiyyatçı-alim, QMİ-nin əməkdaşı Samid Quliyev məlumat verib.

Samid Quliyev bayram namazının vaxtını da açıqlayıb. Onun sözlərinə görə, bütün məscidlərdə bayram namazı ayın 27-də qılınacaq:

“Bayram namazı Əjdər bəy məscidində saat 08:00 – da, Təzə Pir məscidində isə 09:00-da qılınacaq. Həmin gündən etibarən 3 gün müddətində qurban kəsimini həyata keçirmək olar.

Qurbanlıq seçərkən heyvanın sağlam olmasına diqqət edilməlidir. Xəstə, çox zəif, kor və ya ciddi qüsurlu heyvanın qurban kəsilməsi bəyənilmir. Həmçinin heyvanın yaşı şəriətə uyğun olmalı və ona əziyyət verilməməlidir.

Qurban əti əsasən ehtiyaclı insanlara, kasıb ailələrə, yetimlərə, şəhid ailələrinə və imkansız qonşulara paylanmalıdır. Qohum və dostlara da pay vermək gözəl əməllərdən sayılır. İnsan öz qurbanından yeyə də bilər.

Qurbanın məqsədi paylaşmaq, mərhəmət göstərmək və cəmiyyətdə birlik yaratmaqdır. Ən gözəl qurban odur ki, bir ehtiyac sahibinin süfrəsinə sevinc aparsın”, – qeyd edib.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə Fətvanı gələn həftə verəcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Скрыть не удалось: подтверждены ужасные разрушения на военной базе в Кувейте 17:39 Том Баррак: Центр силы, протянувшийся от Турции до Ближнего Востока 17:25 Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 ОТ ВЕРСАЛЯ ДО УКРАИНЫ: СТО ЛЕТ ПОИСКОВ МИРОВОГО ПОРЯДКА — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости