Hantavirus Azərbaycana keçib? – Nazirlikdən cavab

Hantavirus Azərbaycana keçib? – Nazirlikdən cavab
12.05.2026 11:10 Общество

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb.

Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxma faktları varmı?

TodayPress TV xəbər verir ki, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Azərbaycan ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb:

Səhiyyə Nazirliyi reabilitasiya mərkəzini 5 min manat cərimələyib

“Bu virus ölkəmiz üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət virusun yayılma riskinin aşağı olduğunu göstərir.

Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxa bilər. Bu səbəbdən risk daha çox gəmiricilərlə sıx təmas olan yerlərdə mövcuddur.

Profilaktik məqsədlə əhaliyə bir sıra sadə gigiyenik qaydalara əməl etmək tövsiyə olunur: yaşayış və iş yerlərində sanitar-gigiyenik qaydalara riayət etmək, gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri görmək, açıq sahələrdə və köhnə, uzun müddət istifadə olunmayan məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək, gəmiricilərlə birbaşa təmasdan çəkinmək.

Hazırkı vəziyyət əhali üçün narahatlıq doğurmur və epidemioloji durum müvafiq qurumlar tərəfindən daim nəzarətdə saxlanılır”.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
03 июня 2026
Гроза армян, забытая легенда бакинского криминала: Кочи Тарлан — пишет Заур Алиев... 16:44 История показывает, что грядут большие конфликты — пишет Рамиз Юнус... 16:06 Ожидается ли провокация на азербайджано-армянской границе? 16:02 Азербайджанская пощечина «свинопасу», мнившему себя альтернативой Пашиняну — о чем говорят в Агдаме... 15:38 Трамп встретится с Хаменеи: громкое заявление изменило повестку дня 14:48 «В Каабе есть дьявол, и его побивают камнями?»: теолог возмущен 14:45 Ведомство, пресекающее провокации иностранных спецслужб — в указе Президента 14:32 Эпоха «вынужденного переселения» завершается: государство меняет закон! 14:16 Скандал с зарплатами на Space TV: крайним остался Вадо 11:49 По делу о мошенничестве на полмиллиона вынесено новое судебное решение 11:22 Путин «прижал» миллиардеров: цена угроз за закрытыми дверями... 11:09 Никол Пашинян передал Азербайджану оружие на 4-5 миллиардов долларов — с каким лицом он просит голоса? 11:00 В Иране неспокойно, власть трещит по швам: президента прижали к стене, КСИР не знает границ 10:39 Polşa dronlara qarşı öz müdafiə sistemini yaradacaq 22:54 Все новости